“Bəzi kişilər qadını alçaltmağı “kişilik rəmzi” hesab edir” – Fatimə Fətəliyeva
26-07-2022, 17:44
7 663

“Bəzi kişilər qadını alçaltmağı “kişilik rəmzi” hesab edir” – Fatimə Fətəliyeva

Bu sözləri “Yeni Sabah” a  rəqqasə Fatimə Fətəliyeva Quba sakininin ailə münaqişəsi zəminində həyat yoldaşıyla yanaşı, onun 3 qohumunu bıçaqlaması xəbərinə münasibət bildirərkən deyib.  
O, deyib ki, bəzi kişilər qadına şiddət göstərməyi, alçaltmağı “kişilik rəmzi” bilir:
“Onlar düşünür ki, qadın ondan aşağıda olmalıdır. Düşünürlər ki, kişi olduqları üçün qadına qarşı istənilən  zorakı hərəkətləri edə bilərlər. Savadlı cəmiyyətdə özünə yer tapan  qadınlar  belə məqamlara yol verməməlidir. Ən çox valideynlərin təhsil vermədiyi qadınlar əzilir. Belə qadınlar onları əzən kişilərin caynağının altında olur. Azərbaycan xanımlarının namusla, qeyrətlə dünyada ən birinci xanım olduqlarını  düşünürəm”.
Rəqqasə bildirib ki, cinayətlərin baş verməməsi üçün təhsil önəmlidir:
“Fikrimcə, uşaqlarımıza təhsil verməli, onlara cəmiyətdə yerini tapmağını öyrətməliyik. Bununla özümüz də arxayın olacağıq. Belə olsa, kimliyindən asılı olmayaraq, qadını heç bir kişi əzə bilməz. Bu halda xoşbəxtlik də ola bilər, heç bir cinayət də baş verməz.  
Sözsüz ki, hər ailənin problemləri var. Həmin problemləri elə formaya qoymaq lazımdır ki, hər şey öz axarıyla getsin. Zorakılıq kişinin də psixoloji problemləri yaxınlarına şiddət etməsinə səbəb ola bilər. Buna insanın sosial vəziyyəti, uşaqlıqda aldığı travmalar səbəb olur.
Mənim də qızım ailəlidir. Onların heç bir işinə qarışmıram. Problem baş verəndə qızım, sonra kürəkənim mənə zəng edir. Mən onlarla elə danışıram ki, qızımla kürəkənimin barışmasına səbəb oluram. Sonra heç yadlarına da düşmürəm. Bu cür də olmalıdır”.
Fatimə Fətəliyeva ailələrdə baş verən söz-söhbətlərin müdaxilələr nəticəsində ola biləcəyinə belə şərh verib:
“Ailələrə müdaxilələr nəticəsində problemlərin olmasına gəlincə,  buna birtərəfli yanaşmaq olmaz. Ancaq kişi və ya qadının ailəsinin müdaxiləsi nəticəsində belə nəticələrin olmasını düşünmək absurddur. Hər ailənin öz qanunları var. 
Mən xına mərasimlərinin aparıcısıyam.  Analiz edir və diqqətlə izlədikdən sonra hansı tərəfin güclü olmasına görə gələcəkdə ailədaxili müdaxilələrin olacağı qənaətinə gəlirəm. Güclülük 60-in 40-a nisbətidir. Maddi güclülük qız evinin idarəsi altında olarsa, bu zaman hökmlülük də qız evinin olur” – deyə rəqqasə fikirlərini yekunlaşdırıb. 

Oxşar xəbərlər