Cəlilabadda sahibkarlarla görüş keçirilib
27-07-2022, 10:39
1 637

Cəlilabadda sahibkarlarla görüş keçirilib

Cəlilabad rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri sahibkarlarla görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Cəlilabadda müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlarla yanaşı, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, deputat Elman Nəsirov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov iştirak ediblər.
Görüşdə sahibkarlarla bizneslərinin inkişafı üçün ehtiyacları müzakirə edilib, təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumat verilib.
Səfər çərçivəsində KOBİA-nın nümayəndələri taxılçılıq təsərrüfatında və taxıl anbarında olub, məhsuldarlıq və taxıl yığımı ilə maraqlanıblar.

Oxşar xəbərlər