Cəmiyyət
27-07-2022, 17:47
6 565
“Mən pəltəkliyimlə milyonlar qazanmışam” - Samiraldo
Stilist Samir Əliyevin (Samiraldo) “Yeni Sabah”a müsahibəsi:
- Yeni çıxan “Ləhləlülə” mahnınız böyük məşhurluq qazandı. Bunu gözləyirdinizmi?
- Əslində, mənim ruhum belə mahnılar deyil. Mənim ruhum retro, akademik mahnılardır. Stilist sənətini məclislərə getməyə dəyişdim. Özümün mahnı ifaçılığıma gəldikdə, mən əvvəllər başqa müğənnilərin mahnılarını oxuyurdum.
Bir gün onlardan biri “mahnımı fonoqram şəklində istifadə edirsənsə halallıq al” dedi. Səbəb də bundan pul qazandığımı gətirdi. Təbii bu da məni incitdi.
Arzu Abbasova adlı bəstəkar var. Ondan əyləncəli mahnı verməsini xahiş etdim. Bilirsiniz, mən pozitiv insanam. O, mənim musiqi zövqümü bildiyinə görə, mənə belə bir tərzdə mahnı oxuyub-oxuya bilməyəcəyimi sual verdi. Mən ona milyonlarla insanı güldürə bildiyimi və yəqin ki, belə mahnılarla da insanlara yüksək əhval-ruhiyyə verməyi bacara biləcəyimi dedim.
O da belə bir mahnı təklif elədi. Mahnının adı əvvəl “Ləhləlülü” idi. Sonra insanların yanlış anlamaması, qınaq etməməsi üçün adını dəyişdik.
İndi insanlar problemlər içindədir. Gözlədiyim kimi də oldu. Almaniya, Amerika, Moskvadan ən çox dinlənilən mahnı olacağını düşünmürdüm. Bu mahnının bu cür gizli sirrini nə olduğunu başa düşmədim. Hərdən mənə sual edirlər ki, sən bu mahnıyla necə oldu ki, populyarlıq qazandın?! Biz neçə il bu sənətdə ola-ola partlayış edə bilmədik.
Retro mahnıları da oxuyacam. Bunlarda isə imicim tamam başqa olacaq. Amma həmin retrolar da müasir şəkildə olacaq. Mən oxumaq üçün dərslər almışam. Mahnı oxumamışdan əvvəl müəllimlə məsləhətləşirəm. Təsdiq eləsə, oxuyuram. Əks halda, özümü biabır edə bilmərəm. Mən elə oxuyuram ki, izləyici məndən canlı ifa da istəsə, öhdəsindən gəlim.
Bir dəfə belə olub. Rəqsanənin Moksvadakı şadlıq sarayına səfirlik işçiləri mənə görə gəlmişdi. Məndən canlı ifa istənildi. Mahnı oxumadığımı dedim. İnsanların sevgisini canlı görürəm. Mən onların sevgisi ilə yaşayıram. Hər zamanın öz tələbi var. Bu tələblərə uymaq lazımdır.
- Mahnının məşhurluğunu nə ilə izah edərdiniz?
- Yəqin ki, “Ləhləlülə”ni qəbul ediblər. Buna görə çox böyük uğur qazandım. Bu mahnının yayım auditoriyası çox geniş olmasa da, böyük məşhurluq qazandı. Mən düşünürəm ki, insanların tələbatı nədirsə, odur. Özüm üçün yox, insanlar üçün yaşayıram. Onlar nə desə, onu da edəcəm. Çünki bizi onlar dolandırır.
- Bundan sonrakı fəaliyyətinizdə mahnı ifaçılığına davam edəcəksiniz?
- “Ləhləlülə”dən başqa mənim 6 mahnım var. Onlar da gündəmdə olan mahnılardır. İki gündən sonra yeni mahnıyla auditoriyamın qarşısına çıxacağam. Mahnının adı “Qəhqəh”dir. Əyləncəli mahnıdır. Payız ayında isə iki retro musiqini oxuyacam. Biri bəstəkar Emin Sabitoğlunun mahnısı, biri də məzəli başqa mahnıdır. Məzəli olmağına baxmayaraq, o vaxtı korifeylər ifasında olub.
- Mahnılarınızın texniki baxımdan ərsəyə gəlməsi ölkədə baş tutur?
- Mahnı aranjemanları üçün Türkiyəyə müraciət edirik. Burada bunu çox böyük bir qonorarla edirlər. Yəni, burda pul alırlar, amma keyfiyyətli iş görmürlər. Biz ancaq pul sevirik. Orada isə hər şeyə məsuliyyət daşıyırlar. Necə deyirəm, elə də edirlər. Hər şeyi professionallara həvalə etmək lazımdır.
- Toylara dəvət edilirsinizmi? İnsanlar sırf məlum mahnınız üçün yoxsa, digər ifalarınız və ya şoumenliyiniz üçün sizi məclislərində görmək istəyirlər?
- Mən müğənni yox, şoumenəm. İnsanları güldürmək çox çətindir. Mən bunu bacarıramsa, bu, mənim xoşbəxtliyimdir. Çox adam qınasa da, buna önəm vermirəm. Xoşbəxtəm ona görə ki, bu insanların ruhuna işləyib. Bu mahnıya görə, məni nə qədər məclislərə dəvət edirlər. Pul xoşbəxtlik deyil. Xoşbəxtlik insanların sevgisidir. Pulla sevgi almaq mümkün deyil. Elə fenomenlər var ki, özlərini tamaşaçıların sevgisini qazanmış kimi göstərirlər. Bu insanlar özlərini aldadırlar. İnsanlar səni özləri qəbul etməlidirlər. Onlara özünü sırımalı deyilsən.
Məni toylara mahnı oxumağa çağırırlar. Şəmkirə, Biləsuvara çağırmışdılar. Bu böyük bir məsuliyyətdir. Axırıncı dəfə 3000 manat müqabilində məndən “Ləhləlülə”ni oxumağımı istədilər. Mən insanları aldada bilmərəm. Mən bunu hədiyyə kimi oxuya bilərəm. Amma ailəvi toyda bunu edə bilmərəm. Mənim geyimim, imicim başqadır. Mən ciddi geyimdə o mahnını oxuya bilmərəm. Bu olsa, maraqlı olmayacaq. Hətta, öz imicimdə gəlməyi də təklif edirlər. Gələ də bilərəm. Mən komplekssiz insanam. Amma getməyə üstünlük vermirəm. Çünki həmin məclisdə oturan yaşlılara hörmət edirəm. Adam var ki, illərdir, övladının xoş gününü arzulayır. Birdən birə Samiraldo gəlsin, “Ləhləlülə” oxusun, bu, düzgün deyil.
- Samiraldo obrazıyla insanlara şəkil çəkdirməyinizi də ictimaiyyətə hörmətsizlik olduğunu düşünürsünüz?
- Bununla mən ictimaiyyətin öz mədəniyyətini özlərinə qaytarmışam. Mən əslində başqa bir insanam. Mənim imicim tamamilə başqadır. Sadəcə olaraq insanlar məni bu cür görüb, belə də qəbul edib. Mən ictimaiyyətin istədiklərini yerinə yetirdim. Hər bir insanın öz dilində danışıram. Məsələn, mən hazırda sizinlə Samiraldo kimi yox, Samir Əliyev olaraq danışıram. Qarşımdakı insanların peşəkarlığından asılı olaraq münasibətimi reaksiyamı dəyişirəm.
- Özünüz əksəriyyətin sizi olduğunuz kimi qəbul etdiyini söylədiniz. Bəs, niyə Samiraldo obrazıyla onların qarşılarına toylarda çıxmağı hörmətsizlik kimi görürsünüz? Axı, onlar sizi hər halınızla qəbul edə bilərlər...
- Küçədə şəkil çəkdirməklə ailə məclisində toy aparmaq fərqli şeylərdir. Bu yaxınlarda bir uşağın məclisinə ciddi geyimdə getmişdim. Uşaq məni görüb ağlamağa başladı. Anasından səbəbini soruşanda məni tanımadığını dedi. Məclisi tərk edib qiyafəmi dəyişib yenidən gəldim. Toyda özünə hörmət edən insanlar ola bilər. Bəlkə görkəmim kiminsə xoşuna gəlməyib mənə əl qaldırdı. Hər şey ola bilər.
- Bundan sonra stilist kimi fəaliyyətinizi davam etməyəcəksiniz?
- Mən illərdir, stilist kimi fəaliyyətimi davam etdirirəm. Öz əsərlərimi kiməsə satmıram. Mənim əsərlərimi mənim kimi daşıyan, mənim kimi təqdim edən yoxdur. Bu, həm də mənim səhhətimlə bağlıdır. 46 yaşım var. Artıq insanlara moda dərsi deməliyəm. O vaxtı da gəlinlərin makiyajı sadə olmalıdır deyəndə, iki il bütün stilistlər məni tənqid elədi. Aralarına buraxmadılar. Amma indi mənim dediyimi həyata keçirirlər.
- Sizə qarşı qısqanclıqlar, iradlar olurmu?
- Cəmiyyət olaraq beləyik. İnsanları ləkələyirik. Onlara şər, böhtan atırıq. Onun bunun əskikliyini axtarırıq. Məsələn, mənə pəltək olduğumu irad bildirib, niyə mahnı oxuduğumu sual verirlər. Mən də deyirəm ki, insanlar məni pəltək kimi qəbul ediblər. Mən pəltəyəmsə, bu, Allahın işidir. Əgər, məni Allah belə yaradıbsa, mən ona üsyan edə bilmərəm.
Amma mən pəltəkliyimlə milyonlar qazanmışam. Bəlkə də mənim pəltəkliyim olmasaydı, fenomen olmazdım. İstər Türkiyə, istər Moskva, istər Bakı, hara olmasından asılı olmayaraq mən cəmiyyətdən qaçan insan deyiləm. İnsanların qıcıq oyatdığımı hiss etsəm, Samiraldo obrazını dərhal məhv edərəm.
Bilirəm ki, insanlar bundan zövq alırlar. Məni yaşlı nəslin nümayəndələri də sevir. Əksəriyyət məni olduğum kimi qəbul edir. Məni monitor arxasında söyənlər də məni görəndə şəkil çəkdirirlər. İndi də yolumu kəsirlər. Mahnılarıma qadağa qoyulub. Restoranlara məni qoymurlar ki, məkanın nüfuzuna xələl gətirərəm. Hər yerdə mənim yolumu bağlayıblar. Niyə axı?! Mən nəşələnib və ya içkili vəziyyətdə ictimaiyyətə çıxmıram.