Samuxda daha bir zəlzələ oldu - YENİLƏNİB
28-07-2022, 12:57
1 847

Samuxda daha bir zəlzələ oldu - YENİLƏNİB

Yerli vaxtla saat 10:39-da Gəncə stansiyasından 50 km şimalda Samux ərazisində (Azərbaycan-Gürcüstan sərhədində) zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
***09:14
İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb.  Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb. 

Oxşar xəbərlər