Pəncəli Teymurovun atası vəfat edib
29-07-2022, 10:10
1 027

Pəncəli Teymurovun atası vəfat edib

Aprel döyüşlərində şəhid olan XTQ giziri Pəncəli Teymurovun atası Nurməmməd Teymurov vəfat edib.
Bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb. 
Şəhid atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, əfsanəvi döyüşçü Pəncəli Teymurov 1999-cu ildən başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. XTQ-də xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərib. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunub. 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub.
  • Pəncəli Teymurovun atası vəfat edib

Oxşar xəbərlər