AMEA-nın iclasında bunlar müzakirə olundu - Rasim Əliquliyev açıqladı
29-07-2022, 12:30
1 911

AMEA-nın iclasında bunlar müzakirə olundu - Rasim Əliquliyev açıqladı

"Cənab Prezidentin Fərmanı məmnunluq hissi ilə qəbul olundu. Bu, ökəmizdə aparılan islahatların ruhuna tam uyğundur". 
Bunu açıqlamasında bu gün keçirilən iclas barədə danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev deyib.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, iclasda elmin idarəolunması, koordinasiya edilməsi, iqtisadiyyata töhfə verməsi, ölkəmizin inkişafında elmin rolunun artırılması və s. kimi məsələlər müzakirə olundu:
"Eyni zamanda, Fərmandan sonra AMEA-nın statusu, vəzifələri, qarşısında qoyulan müxtəlif təşkilati məsələlər, təkmilləşdirilmiş elmlər akademiyasının vəzifələri, yeni adlandırılan Elm və Təhsil Nazirliyi, onun qurumları, agentlikləri ilə birgə işlənməsi kimi məsələlər müzakirə edildi", - deyə R.Əliquliyev bildirib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.

Oxşar xəbərlər