Taleh Qaraşov şəhid bulağının açılışında iştirak etdi - FOTOLAR
29-07-2022, 16:35
7 393

Taleh Qaraşov şəhid bulağının açılışında iştirak etdi - FOTOLAR

İyulun 29-da Lənkəranın İstisu qəsəbəsindən Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan 12 qəhrəmanımızın xatirəsinə inşa olunan bulaq kompleksinin açılış mərasimi baş tutub.
Bulaq kompleksin açılış lentini Lənkəran ŞİH başçısı Taleh Qaraşov Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anası Sevil Hüseynova ilə birgə kəsib. Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. Natiq bildirib ki, bulaq kompleksinin açılışının şəhidimiz Zaur İsmayılzadənin doğum günündə baş tutması günün önəmini daha da artırır. İcra başçısı çıxışında Vətən üçün yaşayıb, onun üçün əbədiyyətə qovuşan, milyonların qəlbində taxt quran şəhidlərin qanları ilə haqsızlığa son qoyan, ədaləti bərpa edən, xalqın qürur və vüqarını özünə qaytaran, milyonların içindən seçilən, ölümsüzlüyə ucalan, silinməz və unudulmaz tarixə çevrilən ilahi varlıqlar olduğunu vurğulayıb. T.Qaraşov qeyd edib ki, şəhidlərimizin müqəddəs qanı axıdılan Qarabağ artıq öz əzəmətinə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində qovuşur, insanların doğma yurd-yuvalarına qayıtması Ağalı kəndinin timsalında artıq təmin olunub. 
Qeyd edək ki, şəhid Zaur İsmayılzadə döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şüşanın azad olunmasına görə” medallarına laiq görülüb. 
Şəhid anası Sevil Hüseynova çıxışında el-obasının insanlarına dərdinə, acısına şərik olduğuna görə minnətdarlığını ifadə edib. S.Hüseynova hər zaman dövlətin qayğı və diqqətini ən ali səviyyədə hiss etdiyi üçün və onu əsla yalnız saxlamadıqlarına görə dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya qəlbən təşəkkürlərini bildirib. 
Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib, musiqi ifa olunub. Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. 
  • Taleh Qaraşov şəhid bulağının açılışında iştirak etdi - FOTOLAR
  • Taleh Qaraşov şəhid bulağının açılışında iştirak etdi - FOTOLAR
  • Taleh Qaraşov şəhid bulağının açılışında iştirak etdi - FOTOLAR
  • Taleh Qaraşov şəhid bulağının açılışında iştirak etdi - FOTOLAR
  • Taleh Qaraşov şəhid bulağının açılışında iştirak etdi - FOTOLAR
  • Taleh Qaraşov şəhid bulağının açılışında iştirak etdi - FOTOLAR

Oxşar xəbərlər