Emin Əmrullayev Elm və Təhsil naziri deyil?
29-07-2022, 17:59
7 302

Emin Əmrullayev Elm və Təhsil naziri deyil?

"Bu, yeni qurum deyil. Ona gorə də nazir öz vəzifə səlahiyyətlərini icra edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Təhsil naziri Emin Əmrullayevin Elm və Təhsil naziri kimi təqdim edilməsi ilə bağlı sosial şəbəkədə yaranan mübahisəyə aydınlıq gətirərkən deyib. 
Günel Səfərova bildirib ki, Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb, Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentliyin yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra strukturlarının Nazirliyin tabeliyinə verilməsi nəzərdə tutulub".
Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına əsasən, Təhsil Nazirliyinin adı dəyişərək Elm və Təhsil Nazirliyi adlandırılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Emin Əmrullayevin Azərbaycan Televiziyasının "Hədəf” verilişindəki çıxışı ilə bağlı post paylaşıb. Postda onun Elm və Təhsil naziri kimi tədqim olunması mübahisəyə səbəb olub.

Oxşar xəbərlər