AFFA rəsmisi "Anderlext"in oyununa təyinat alıb
30-07-2022, 10:32
1 445

AFFA rəsmisi "Anderlext"in oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
O, Estoniyada "Payde" ilə Belçanın "Anderlext" komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, Tallin şəhərindəki görüş avqustun 3-də olacaq.

Oxşar xəbərlər