Yenidən qapanma tətbiq edilsə: “Elə psixi durumlu insanlar ola bilər ki...”
30-07-2022, 11:59
17 762

Yenidən qapanma tətbiq edilsə: “Elə psixi durumlu insanlar ola bilər ki...”

“2020-ci ildəki koronavirus  qapanmaları  psixoloji faktları ortaya qoydu. Məsələn, insanlar buna alışqan olmadığı üçün birdən-birə heç yaşamadığı həyatı yaşaması  daha da  dözülməz  vəziyyətə gətirib çıxarırdı. Hətta, cərimə yazılması bahasına evə dayanmaq istəmirdilər”.
Bunu “Yeni Sabah” a psixoloq Aytən Ələkbərova yenidən qapanmalar olacağı təqdirdə bunun insanların psixoloji vəziyyətinə necə təsir edəcəyi ilə bağlı suala cavab verərkən deyib. 
“Əvvəlki qapanmalarda insanlarda canlı ünsiyyətə meyllilik daha çox artmışdı. Ümumiyyətlə, qapanmaların müsbət və mənfi tərəfləri var.  Təcrübə yaşadığımız ilk qapanmada şəxsi münasibətlərdə konfliktlərin olması nəticəsində boşanma halları, bəzilərində isə soyuqluğun olması intervallıq yaratdı. Çünki fərdlər həm bioloji, həm də sosial varlıqdır. Düşüncələr, xüsusiyyətlər, fikirlər tamamilə fərqlidir. 
Qapanmalar virusun yayılmaması üçün lazımdır. Əvvəli qapanmalarda daha çox inkişaf etdiyini deyən insanlar var idi. Fərdlər fərqlidir. Hər kəsin öz düşüncəsi var. Biz hər fərdi anladığımızdan hər bir kəs məqalələri  oxuyarkən özünü görməsi üçün onlara uyğun cavablar veririk. İndi yaranacaq qapanmaları da şəxslər fərqli alqılaya bilər.  
Birinci qapanmada psixi temperamentinə görə müxtəlif qarşılayaraq fəsadlar verən bəzi insanlarda yeni olacaq qapanmalar da mənfi təsir edə bilər. Müsbət tərəfləri də insanların məişət ehtiyaclarını bir-biriylə qarşılamağı, bir-birlərinin qədrini bilməyi bacardılar. 
Qapanmalarla bağlı neqativ düşüncələrdə qalmaq lazım deyil. Neqativ düşüncələrin əmələ gətirdiyi mənfi nəticələrə də özümüz səbəbik. Elə psixi durumlu insanlar ola bilər ki qapanma olmadan bunun pis tərəfini düşünüb  intihar edə bilərlər. Burada psixi xüsusiyyətlər, psixi temperamentlər özünü  əsas olaraq göstərir. İnsanlar vəziyyəti fərqli qəbul edə, ona fərqli yanaşa bilər. Fərdlərin də yanaşma tərzinə görə münasibətlər, baxışlar dəyişir”. 

Oxşar xəbərlər