Cəmiyyət
26-09-2020, 11:59
215
Bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Dünyada koronavirusa yoluxanların sayı durmadan artır.
Təkcə son sutka ərzində 16 min 13 nəfərə COVID-19 diaqnozu qoyulub. Beləliklə, ümumi yoluxma sayı 32 769 112 nəfərə çatıb. Onlardan 24 178 437 nəfər sağalıb.
Ölənlərin sayı isə daha 564 nəfər artaraq 993 542 nəfər olub. Hazırda dünyada 7 597 133 aktiv virus daşıyıcısı var və 63 876 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, yoluxma sayına görə ilk üçlüyü ABŞ, Hindistan və Braziliya təşkil edir.