Kəlbəcər və Laçındakı mövqelərimiz atəşə tutuldu
31-07-2022, 10:48
9 867

Kəlbəcər və Laçındakı mövqelərimiz atəşə tutuldu

İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini  müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 
Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Oxşar xəbərlər