Bakının bu ərazilərində SU KƏSİLƏCƏK
1-08-2022, 10:52
1 462

Bakının bu ərazilərində SU KƏSİLƏCƏK

Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 avqust 2022-ci il tarixində gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
 
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxşar xəbərlər