
Cəmiyyət
2-08-2022, 10:54
1 002
Plyonka ilə bağlı yenilik olacaq; arxa şüşələri 100 faiz tündləşdirmək qadağan edilə bilər - EKSPERT AÇIQLADI
"Avtomobillərin arxa yan şüşələrinə plyonkaların çəkilməsinin qadağan edilməsinə ehtiyac yoxdur". Bu sözləri sia-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, Avropanın ən inkişaf etmiş ölkələrində belə artıq bu məsələ çoxdan bağlanıb: "Bildiyimiz kimi, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına görə, avtomobillərin arxada qalan şüşələrinin tündləşdirilməsi və ya şəffaf saxlanılması sürücünün öz ixtiyarına buraxılıb. Yəni Avropa alimləri sübut edir ki, həmin şüşələrin tündləşdirilməsi və ya şəffaf saxlanılması təhlükəsizlik baxımından heç bir problem yaratmır. Ona görə də, bunu sürücünün ixtiyarına buraxırlar. Azərbaycanda da yol hərəkəti haqqında qanunda dəyişiklik edildi. Problem demək olar ki, artıq həll olunub. Sadəcə, Nazirlər Kabinetinin qərarı lazımdır. Əldə etdiyim məlumatlara görə, bununla bağlı, yəni avtomobil şüşələrinin tündləşdirilməsi barəsində faiz göstəricisi ola bilər. Amma bu, çox mənasız bir qərardır. Ümid edirik ki, Nazirlər Kabineti məsələni yekunlaşdıracaq. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı müzakirə ediləcək çox məsələ var. Amma biz avtomobil şüşələrinin tündləşdirilməsi məsələsində ilişib qalmışıq. Bu məsələ yüksək təhlükə, risk mənbəyi deyil”.