Amerikada oğurlanmış kompüterlər “Baku Notebook” mağazasında SATILIR - VƏTƏNDAŞ İFŞA ETDİ
2-08-2022, 11:04
979

Amerikada oğurlanmış kompüterlər “Baku Notebook” mağazasında SATILIR - VƏTƏNDAŞ İFŞA ETDİ

"28 May metrosunun yaxınlığında, daha dəqiq “28 May / Şamil Əzizbəyov 153” ünvanında yerləşən “Baku Notebook” mağazasından 2019-cu ilin sentyabr ayında “HP” marka dizüstü kompüter almışam". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında ŞahmərdanƏhmədli adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Yaxın bir həftəyə qədər kompüterdə heç bir problem də yox idi. Lakin 1 həftə əvvəl kompüterin ekranına belə bir yazı düşdü: “This device has been reported lost or stolen. If found, please return to the closest AAH facility and contact HIT for recovery”. Yəni “Bu cihazın itirilməsi və ya oğurlanması barədə məlumat verilib. Əgər tapılarsa, lütfən, ən yaxın AAH filialına yaxınlaşın”.


AAH isə ABŞ mərkəzli səhiyyə sistemi olan “+Advocate Aurora Health”dir. Müraciət etdik kompüteri satın aldığımız həmin bu “Baku Notebook” mağazasına, ki ekrana belə bir şey gəlib və kompüter fəaliyyətini tamamilə dayandırıb. Dedilər ki, “bizlik deyil, 100 manat verin həll edək”.


Biz bildirdik ki, axı biz kompüterə heç nə etməmişik, nəyə görə sizə pul ödəməliyik. Orada işləyən əməkdaşın özünü müdafiə eləmək üçün dediyi sözlər kifayət qədər gülməli idi. Deyir “bu 3 ildə kompüterə görə zəng vurub “sağol” demisən mənə?”. Yəni istəyir ki, pulunu verib aldığımız, və hal-hazırda işləməyən kompüterə görə hələ buna arada zəng vurub, “sağol” da deyək. Qısası, düşünürəm ki, dələduzluqla məşğuldurlar, ABŞ-dan və ya başqa ölkələrdən oğurluq malları gətirib insanlara satırlar".

Oxşar xəbərlər