Avropa kəşfiyyatı rusiyalı eks-məmuru "izləməyə başlayıb"
2-08-2022, 11:23
951

Avropa kəşfiyyatı rusiyalı eks-məmuru "izləməyə başlayıb"

Avropa kəşfiyyatı Anatoli Çubaysın xəstəliyi ilə maraqlanmağa başlayıb.
Bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.
Qəzet  bildirir ki, “Rosnano” korporasiyasının keçmiş rəhbəri, "Guillain-Barre" sindromu səbəbindən İtaliyanın Sardiniyasında xəstəxanaya yerləşdirilən Anatoli Çubays yaxından izlənilir. 
Nəşrin yazdığına görə, Avropa ölkələrindən birinin kəşfiyyat idarəsi Çubaysın rifahı ilə bağlı vəziyyətlə maraqlanıb - iddia olunur ki, ölkəni tərk edən eks-məmur Rusiya xüsusi xidmət orqanlarının zəhərlənməsinin qurbanına çevrilə bilər. Buna səbəb kimi Çubaysın Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı fikir ayrılığı olduğu güman edilir.
Qeyd edək ki, bu ilin martında Çubays Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və ölkəni tərk edib. Anatoli Çubays istefasının səbəbini açıqlamayıb.
Çubays Sardiniyanın Olbia şəhərindəki xəstəxanadadır və kurort tətili zamanı xəstələnib. İlkin məlumatlara görə, eks-məmurun səhhətinin pisləşməsi ona əvvəllər xəstənin immun sisteminin periferik sinirləri zədələdiyi nadir nevroloji xəstəlik olan Guillain-Barre sindromu (GBS) diaqnozunun qoyulması ilə bağlıdır.

Oxşar xəbərlər