Hüseyndən Bakıda taksi sürücüsünə JEST - VİDEO
2-08-2022, 12:07
1 276

Hüseyndən Bakıda taksi sürücüsünə JEST - VİDEO

Rusiyanın məşhur azərbaycanlı bloqeri və iş adamı Hüseyn Həsənov Bakıda taksi sürücüsünə etdiyi jestlə diqqətləri üzərinə toplamağı bacarıb.

Bloqer dostları ilə qaldığı hotelə qayıtmaq üçün taksi sürücüsünə pulunun olmadığını deyərək, onları ünvana çatdırmağını istəyib.
Sürücü onları pulsuz aparmağa razılıq verərək, lazım olarsa, başqa ünvana da aparmağa hazır olduğunu bildirib.
Hüseyn “Haralısınız?” sualını verdikdə isə sürücü “Köklü bakılı” deyə cavab verib.  
H.Həsənov sürücüdən əgər ödəniş etsəydik, nə qədər pul verməli olduğunu soruşduqda isə “5-6 manat” cavabını alıb.
Qiyməti öyrəndikdən sonra bloqer cibindən beş ədəd 100 manatlıq əsginas çıxararaq onları pulsuz aparmağa razılıq verən sürücüyə bəxşiş verib.
Qeyd edək ki, Hüseyn ötən il Moskvada onu pulsuz aparmağa razılaşan taksi sürücüsünə maşın hədiyyə etmişdi.
Sözügedən paylaşımı təqdim edirik:

Oxşar xəbərlər