Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçiriblər - VİDEO
5-08-2022, 13:24
1 498

Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçiriblər - VİDEO

İrəvanda növbəti dəfə etiraz aksiyası keçirilir. 
Erməni KİV xəbər verir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərindən qaçan ermənilər  "qaçqın" statusu ala bilmədikləri üçün Fransa səfirliyinin qarşısında etiraz ediblər. 
“Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayryan isə jurnalistlərə açıqlamasında deyib ki, səfir onları qəbul edənə qədər oturaq aksiya keçirəcəklər.
 


Oxşar xəbərlər