TƏBİB-dən jurnalist Ceyhun Əsgərovla bağlı açıqlama
5-08-2022, 17:44
7 216

TƏBİB-dən jurnalist Ceyhun Əsgərovla bağlı açıqlama

“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib".
Bu barədə TƏBİB-in Mətbuat katibi Zamirə Ədilovanın Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.
“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, - o bildirib.

Oxşar xəbərlər