Roza Zərgərli “Muhteşem yüzyıl”də çəkilməkdən niyə imtina etdi? - Video
8-08-2022, 19:49
8 524

Roza Zərgərli “Muhteşem yüzyıl”də çəkilməkdən niyə imtina etdi? - Video

Müğənni Roza Zərgərli “Muhteşem yüzyıl” serialından ona təklif gəldiyini açıqlayıb.
Olay xəbər verir ki, bu barədə o, “Tam vaxtıdır” verilişində danışıb.
Roza Zərgərli deyib ki, bu, illər əvvəl baş verib:
“Məni “Muhteşem Yüzyıl” serialına dəvət etdilər. İbrahim Paşanın sultanını oynayacaqdım. Keçmiş ərim icazə vermədi, çünki 6 ay orada qalmalı idim. İmtina etdim. Sonra deyirdim, yaxşı elədim. Amma serial dünyaya çıxdı. Hər baxanda ağlayırdım”.
Serialda Okan Yalabıkın canlandırdığı İbrahim paşa ilə evli olan Hatice sultanı Selma Ergeç oynayıb.

Oxşar xəbərlər