İstifadəyə yararsız süd məhsulları məhv edilib
8-08-2022, 17:02
7 659

İstifadəyə yararsız süd məhsulları məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 67 adda, 10835.30 kiloqram müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Oxşar xəbərlər