"Tibb sahəsinin inkişafına 35,6 milyon manat güzəştli kredit verilib" - Nazir
10-08-2022, 11:29
1 675

"Tibb sahəsinin inkişafına 35,6 milyon manat güzəştli kredit verilib" - Nazir

 Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən tibb sahəsinin inkişafına xidmət edən 82 layihənin maliyyələşdirilməsinə 35,6 mln. manat güzəştli kredit verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, Lənkəran şəhərində fəaliyyət göstərən “Avicenna Medical Center” MMC tibb fəaliyyətinin genişləndirilməsi məqsədilə 2021-ci ildə Fonddan 190 min manat kredit əldə edib.

Oxşar xəbərlər