Amir SMA xəstəliyindən sağaldı - Foto
10-08-2022, 13:56
1 754

Amir SMA xəstəliyindən sağaldı - Foto

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 3 milyon 672 min manat ianənin toplanması barədə məlumat vermişdik
“Qafqazinfo” xəbər verir ki, artıq azyaşlı SMA xəstəliyinə qalib gələrək sağlamlığına qovuşub. Ona xəstəliyin müalicəsi üçün qiyməti 2 milyon 200 min dollar olan “Zolgensma” iynəsi vurulub.
Amir ötən gün xeyirxah insanların ianələri əsasında SMA xəstəliyinə qalib gələn digər körpə - 2 yaşlı Adnan Mahmudla görüşüb. Bu barədə A. Tağıyevin instaqram səhifəsində foto paylaşılıb.
Qeyd edək ki, Amirin sağalması üçün ATV-də yayımlanan “Bizimləsən” verilişində tanınmış aparıcı Zaur Baxşəliyevin təşəbbüsü ilə kampaniya başladılmışdı. Yığılan məbləğ Azərbaycan teleməkanında bir insanın sağlamlığına qovuşması üçün toplanan ən böyük ianə hesab olunur.


Oxşar xəbərlər