“Bizi rahat buraxın” - Burakdan boşanma xəbərinə reaksiya
10-08-2022, 16:25
7 237

“Bizi rahat buraxın” - Burakdan boşanma xəbərinə reaksiya

5 ildir evli olan məşhur cütlük Fahriye Evcen və Burak Özçivitin evliliklərində problem yaşadığı və boşanmağa hazırlaşdıqları iddia edilib.
Burak Özçivit sosial media hesabından evlilikləri ilə bağlı iddiaya cavab verib. Həyat yoldaşı Fahriye Evcenlə fotosunu paylaşan Özçivit "Ağlınıza gələni yazmayın. Bizi rahat buraxın. Hər kəsə sevgilər" sözlərini yazıb.
İkinci uşaqlarına hamilə olan Fahriye Evcen həyat yoldaşı Burak Özçivitin paylaşımını öz səhifəsində yayımlayıb.
Qeyd edək ki, cütlüyün ilk övladı Karan 2019-cu ildə dünyaya gəlib. 










Oxşar xəbərlər