Xərçəngə tutulan Zeynəb Həsənidən yeni paylaşım - FOTO
11-08-2022, 12:25
2 372

Xərçəngə tutulan Zeynəb Həsənidən yeni paylaşım - FOTO

Müğənni Zeynəb Həsəni sosial şəbəkədə paylaşım edib.

Bir müddət əvvəl xərçəngdən əməliyyat olunan sənətçi hazırda səhhətinin yaxşı olduğunu deyib. Zeynəb instaqram hesabında yeni fotolarını paylaşaraq onunla maraqlanan hər kəsə təşəkür edib:


"Səhhətimlə bağlı maraqlanan, narahat olan hər kəs, ağlıma gəlməyən şəxslər belə, məni tanıyanlar, tanımayanlar, var olun. Yaxşı ki, varsınız. Hər kəsə tək-tək yaza bilmirəm, amma bilin ki, hər biriniz qəlbimdəsiniz. Sizin sevginiz məni ruhlandırır, çox sağ olun ki, mənimləsiniz. Səhhətim, şükürlər olsun ki, qaydasındadır".

Xatırladaq ki, bu il iyulun 28-də Zeynəbdə xərçəng xəstəliyi aşkarlanıb. Bu haqda ifaçı özü məlumat verib.

Məlumat üçün bildirək ki, müğənninin anası Əminə xanım xərçəngdən vəfat edib.
 

 

 

Oxşar xəbərlər