Tanınmış aparıcı "Xəzər TV"dən getdi - FOTO
11-08-2022, 16:03
7 442

Tanınmış aparıcı "Xəzər TV"dən getdi - FOTO

Aparıcı və aktrisa Mətanət Əliverdiyeva xeyli müddətdir çalışdığı "Xəzər" kanalı ilə yollarını ayırıb. O, bundan sonra aparıcısı olduğu "Gəzək, bişirək" verilişini təqdim etməyəcək. 
Bu haqda aparıcı açıqlamasında bildirib. Mətanət yeni mövsümdə çalışacağı kanalın adını hələ ki açıqlamayıb.
O, bununla bağlı verilən suala "Hansı kanalda çalışacağım və hansı verilişdə aparıcı olacağım hələ ki sirr qalsın. Yeni mövsümdən tamaşaçılar görəcəklər" cavabını verib. 



 
 

Oxşar xəbərlər