Tanınmış aparıcı AzTV-nin vəfat edən əməkdaşı barədə: "Verilişlərin sonunda..." (FOTO)
12-08-2022, 14:24
7 485

Tanınmış aparıcı AzTV-nin vəfat edən əməkdaşı barədə: "Verilişlərin sonunda..." (FOTO)

Ötən gün Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Fariz Babayev vəfat edib.
Aparıcı Lamiyə Ələkbərova sosial şəbəkədə Farizlə bağlı paylaşım edib.
O, bir zamanlar onunla eyni kanalda çalışan mətbuat işçisinin vəfatına görə dərin kədər və təəssüf hissi keçirdiyini bildirib:
"Fariz, əziz dost, gözəl operator, gözəl insan, mərd oğlan. Bu nə gediş? Bu nə pis xəbər? Niyə belə tələsdin ölümə? Sənin çox böyük arzuların var idi. Təhminəni Fatehlə tək qoymaq da var imiş, onları tək qoyub bu dünyanı tərk etmək də var imiş! Nə vəfasız oldun, Fariz. Səndən heç gözləməzdim. Yeni ünvanın, yeni məkanın cənnət olsun cavan, gülərüz, gözəl, həyatsevər, arzuları ürəyində qalan dost! Səndən sonra çəkdiyin o verilişlər və verilişlərin sonunda yazılan adın və soyadın qalacaq TV-də. Əlvida".
Xatırladaq ki, 39 yaşlı F.Babayev məzuniyyətdə olarkən dünyasını dəyişib. O, evli idi və azyaşlı övladı var. //baku.ws
  • Tanınmış aparıcı AzTV-nin vəfat edən əməkdaşı barədə:"Verilişlərin sonunda..." (FOTO)
  • Tanınmış aparıcı AzTV-nin vəfat edən əməkdaşı barədə:"Verilişlərin sonunda..." (FOTO)

Oxşar xəbərlər