"Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib" - Prezident
12-08-2022, 16:03
7 215

"Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib" - Prezident

"Son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində AzTV-yə müsahibəsində deyib.
Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Son illərdə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa edilmişdir və elektriklə təchizat tam təmin edilir. Yolların çəkilişi, həm kənd yolları, eyni zamanda, İsmayılı-Muğanlı yolunun yeni hissəsi icra edilir”.

Oxşar xəbərlər