Qaraciyər serrozundan əziyyət çəkən Elvinin ƏMƏLİYYATDAN SONRA İLK GÖRÜNTÜLƏRİ - VİDEO
15-08-2022, 15:55
7 678

Qaraciyər serrozundan əziyyət çəkən Elvinin ƏMƏLİYYATDAN SONRA İLK GÖRÜNTÜLƏRİ - VİDEO

Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.

Mərkəzi Gömrük Hospitalında əməliyyat olunan aktyorun yeni görüntüləri yayılıb.

Elvin hazırda vəziyyətinin yaxşı olduğunu və artıq evə buraxıldığını bidirib:
"Bildiyiniz kimi mən avqustun 3-ü Mərkəzi Gömrük Hospitalında qaraciyər əməliyyatı keçirdim. Əməliyyatımız çox uğurlu oldu. Artıq evə buraxılıram. Bundan sonrakı müalicəmi həkim nəzarəti altında evdə davam etdirəcəm. Müalicə müddəti minimum 6 ay davam edəcək".

Qeyd edək ki, Elvinin əməliyyatı üçün kifayət qədər pul yığılsa da, ona donor tapılmırdı. Daha sonra bacısı Gülnaz xanım qardaşına donor olub. Onun qaraciyərinin bir hissəsi Elvinə köçürülüb. 

Oxşar xəbərlər