Elza Seyidcahan Rasim Balayevin tənqidinə cavab verdi
15-08-2022, 17:43
7 829

Elza Seyidcahan Rasim Balayevin tənqidinə cavab verdi

Əməkdar artist Elza Seyidcahan Xalq artisti  Rasim Balayevin onun şeirləri haqda tənqidlər yağdırmasına cavab verib.
ARB TV-də yayımlanan "Onun Sirri" verilişinin qonağı olan Elza Seyidcahan R.Balayevin "Ona bir deyən yoxdur ki, işinlə məşğul ol!, "Sən şair deyilsən!", "Bu şeir efirlik deyil, bacım-qızım!" sözlərinə cavab verib:
"Mənim kimi boyük bir şairi şəxsiyyətli, görkəmli aktyorumuz, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir.
Ümid edirəm ki, nə vaxtsa, mənim də yazdığım şeir onu qane edər. Mən də ona başqa sözlər deyə bilərəm, amma lazım deyil. O bizim Nəsimimizdir, biz də onu həyat tərzində, xasiyyətində Nəsimi kimi görmək istəyərdik".
Həmin görüntüləri təqdim edirik:
 

Oxşar xəbərlər