“Atəşgah”ın korona sığortası belə olur - Vətəndaş NƏ ETSİN?
16-08-2022, 10:36
2 627

“Atəşgah”ın korona sığortası belə olur - Vətəndaş NƏ ETSİN?

"Şikayətim özəl sığorta şirkəti olan "Ateshgah Insurance Group"dandır. Mart ayı Koronaya qarşı sığorta elətdirmişəm özümü və evdəkiləri..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Elvin Əsgərov adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Keçən ay Korona tutmuşam, zəng eləmişəm fırladırlar qeydə alınacaq 2 günə deyirlər 2 gün 4-5 gün çəkdi. Qırğın dava ilə qeydə aldırdım sənədləri göndərdim. Bu ayın 1-i ödəniş etməlidirlər günü günə satırlar. Hər gün bir bəhanə hər dəfəsində sabaha ödəyəcəklər deyib yola verirlər. Keçən həftə birdə danışdım dedim baxın müalicə üçün çox xərcim çıxıb kredit götürmüşük ayın 10-una kimi ödənməlidir qara siyahıya düşməyək deyə. Yenə arxayın elədilər ki 5-ci gün yatacaq pul, narahat olmayın iş bizdən çıxıb mühasibatlıqdadır . Pul nətəri yatıbsa durquza bilmirlər. Dünən yenə əlaqə saxladım dedim bəs keçən həftədən söz verirsiniz amma oynadırsınız adamı. Baxıb sistemə deyirlər sizin işiniz hələ dünən verilib mühasibatlığa 3 günə keçər pul inşallah. İcbari tibbi sığorta iş yoldaşımın atasına 10 min manatlıq əməlyatın pulunun 70%-nə yaxınını 1 həftə çəkmədi ödədi o da özəl xəstəxana da əməlyat oldu bu Ateshgah Insurance Group 1 aydı 900 manatı ödəmək istəmir. Bunların işçilərinin məsuliyyətsizliyi üzündən mən pis vəziyyətdə qalıram".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Oxşar xəbərlər