Çilov adasında `ROBİNZON HƏYATI` - GİLEY
19-08-2022, 10:26
1 969

Çilov adasında `ROBİNZON HƏYATI` - GİLEY

Ümumi ərazisi 11,4 kvadrat kilometr olan Çilov adası Abşeron yarımadasından 25 km, Bakı şəhərindən isə 100 km aralıda yerləşir. "Report"un məlumatına görə, uzunluğu 4,5 km, eni isə 3,3 km olan adanın ən hündür yeri 8 metrdir.

DİA.AZ-ın məlumatına görə, Çilov adasında "Köhnə qəsəbə" və "Yeni qəsəbə"yə bölünən yaşayış sahəsi var ki, bu yaşayış sahəsi 1949-cu ildə qəsəbə statusu alıb. Yalnız gəmi və helikopter vasitəsilə gediş-gəlişin mümkün olduğu adada 1692 nəfər adam yaşayır.

SOCAR-a məxsus olan "28 May" Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) də yerləşdiyi adada uşaq bağçası, orta məktəb, məscid, sutəmizləmə idarəsi, 3 yataqxana, tibb məntəqəsi, çay evi və başqa ictimai mərkəzlər yerləşir.

DİA.AZ bildirir ki, isti yay günlərində Çilov adası sakinləri su ilə sınağa çəkilirlər və bununla bağlı etdikləri şikayət rəsmən qulaqardına vurulur. Vəziyyət o həddədir ki, hətta sakinlərə evlərə istifadəsi qadağan olunan su verilir ki, bu da birbaşa olaraq insanlarımızın həyatının təhlükəyə atılması deməkdir.

DİA.AZ-a şikayətçilər yazır: "Çilov adasında əhaliyə osmos su verirlər. Onu izah etmək mümkün deyil... Bu su ilə çiməndən sonra həftələrlə qaşınırıq...

İçməli suyu da 500 lt ediblər... O da hər dəfə yox... Kimlərəsə 1 ton verirlər, amma hamıya yox... Onu da həmişə vermirlər, su istəyəndə deyirlər ki, "borcun var, ödə, sonra..."

Durumumuz çox ağırdır. Kömək edin..."

Oxşar xəbərlər