Azərbaycanın ABŞ-dakı səfirliyindən Firəngiz Rəhimbəyovanın vəfatı ilə bağlı BAŞSAĞLIĞI
19-08-2022, 10:48
2 196

Azərbaycanın ABŞ-dakı səfirliyindən Firəngiz Rəhimbəyovanın vəfatı ilə bağlı BAŞSAĞLIĞI

Azərbaycanın ABŞ-dakı səfirliyi aktrisa- müğənni Firəngiz Rəhimbəyovanın vəfatı ilə bağlı başsağlığı verib.  

Bu haqda səfirliyin “Twitter” hesabında post paylaşılıb.

“Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova Los-Anceles şəhərində vəfat edib. Ağır itki ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhu şad olsun!”, - deyə başsağlığıda yazılıb.  
Qeyd edək ki, 62 yaşlı F.Rəhimbəyova avqustun 16-da Amerikada infarktdan dünyasını dəyişib.


Oxşar xəbərlər