Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR
19-08-2022, 13:58
115 314

Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR

Növbəti tədris ilinin başlamağına təxmini bir aydan biraz müddət qalıb. Artıq valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.
 
Trend Bakının müxtəlif yerlərində yerləşən mağazalarda qiymətlərlə maraqlanıb.
 
Məktəb ləvazimatlarının qiymətini təqdim edirik:
 
Çantalar: 15-45 manat
Dəftər: 40 qəpik - 1 manat
Sadə karandaşlar: 10-30 qəpik
Rəsm albomları: 1-4 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 1 - 8 manat
Pozan: 20-50 qəpik
Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 20-40 qəpik
Plastilin: 1-4 manat
Pərgar dəsti: 1 - 3,6 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
 
Məktəbli forması: Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.
 
Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər. Satıcılar qeyd edib ki, məktəb vaxtına kimi qiymətlərin artması gözlənilmir.

Oxşar xəbərlər