Azərbaycan hərbçiləri Rusiyada təlimdə iştirak edir
1-09-2022, 11:38
2 512

Azərbaycan hərbçiləri Rusiyada təlimdə iştirak edir

Rusiyada Çinin də iştirak etdiyi “Vostok-2022” (Şərq) strateji hərbi təlimi başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
"“Vostok-2022” təlimində Rusiya, Çin, Hindistan və Azərbaycan da daxil olmaqla 14 ölkədən əsgər və hərbi müşahidəçilər iştirak edir. Rusiyanın 7 poliqonunda, Oxot dənizi və dəniz sularında keçirilən təlimə 50 mindən çox əsgər və 140 təyyarə və 60 döyüş gəmisi də daxil olmaqla 5 mindən çox silah və hərbi texnika cəlb olunub",  - deyə məlumatda qeyd olunub. 
Əsas diqqət ölkənin şərq regionunda sülhün qorunması və hərbi təhlükəsizliyin təmin edilməsi məqsədlərinə yönələn təlim Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi altında keçirilir.
Təlim sentyabrın 7-dək davam edəcək.

Oxşar xəbərlər