Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə sazişlərin mübadiləsi oldu.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Romanın Sapienza Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Romanın Sapienza Universitetinin rektoru professor xanım Antonella Polimeni mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Turin Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Turin Politexnik Universitetinin rektoru, professor Guido Saraçço mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti ilə bağlı ADA Universiteti və Alma Mater Bolonya Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Alma Mater Bolonya Universitetinin İcraçı prorektoru professor xanım Simona Tondelli mübadilə etdilər.
“ADA Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru professor Alessandro Deserti mübadilə etdilər.
Sənədlərin mübadiləsindən sonra dövlətimizin başçısı çıxış etdi.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:
- Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Mən sizi səmimiyyətlə salamlayıram.
Azərbaycan səfirliyinə xoş gəlmisiniz.
Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir. Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.
Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq.
Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.
İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb.
Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.
Bir daha hamınızı bu gözəl tarixi hadisə münasibətilə təbrik edirəm.
***
Daha sonra İtaliya Respublikası Ekoloji Keçid Nazirliyinin dövlət katibi xanım Vannia Qava, İtaliya-Azərbaycan Universiteti üçün tərəfdaş italyan universitetləri adından Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino və ADA Universitetinin rektoru professor Hafiz Paşayev çıxış etdilər.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, bu il İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı əldə olunub.
Bu ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq.

Cəmiyyət
1-09-2022, 14:26
8 111
İtaliyada sənədlərin mübadiləsi mərasimi keçirilib - YENİLƏNİB (FOTOLAR)
Oxşar xəbərlər
Son Xəbərlər
-
16:57
Keçmiş məhkum narkotik satışına görə tutuldu
-
16:51
Ronaldo evləndi, toyuna 400 qonaq dəvət etdi
-
16:34
Təyyarələr toqquşdu, ölənlər var
-
16:09
Avtobusların iştirakı ilə baş verən QƏZALAR
-
15:07
Xocalıda tərk edilmiş dayaq məntəqəsi - VİDEO
-
14:44
Qaraçuxurda piyada səkisi zəbt edildi
-
12:41
Prezident Administrasiyasından Xankəndiyə yola salınan humanitar yük barədə AÇIQLAMA
-
12:31
Yuri Kim və Samanta Pauer Gorusda
-
12:19
“Neftçi”nin yeni strukturu təsdiqləndi
-
11:00
Naxçıvanda "KamAZ" yandı
-
10:50
Xaçmazın rəhbərləri bunu hər gün görsələr də... - GİLEY
-
10:45
Meksikada torpaq sürüşməsi - 7 nəfər ölüb
-
10:40
Paşinyana sui-qəsd hazırlayan şəxs TUTULDU
-
10:30
İrəvandakı etirazlarda müxalifət fəalları saxlanıldı - YENİLƏNİB
-
10:20
Bu gün Hikmət Hacıyevlə Qriqoryan Brüsseldə görüşəcək
-
10:10
ABŞ Putini bu sammitə dəvət etmədi
-
10:03
Nərimanovda zəncirvari qəza - xəsarət alanlar var
-
10:00
Filippin sahillərində güclü zəlzələ oldu
-
23:14
Məşhur aktyor 70 yaşında evləndi
-
22:14
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə tezliklə növbəti görüş keçiriləcək
-
21:05
Azərbaycan və erməni əsilli tibb heyətlərinin birgə fəaliyyəti təklif edildi
-
20:00
Qarabağı 6650 erməni tərk edib - YENİLƏNİB
-
19:00
"Naxçıvan Azərbaycanla əlaqələrdə xüsusi yerə sahibdir" - Türkiyə Prezidenti
-
18:55
Bir həftədə 19 nəfər koronavirusdan ölüb
-
18:50
Volkan Bozkır uğurlu antiterror tədbirlərinə görə İlham Əliyevi təbrik edib
-
18:45
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşdə bu məsələlər müzakirə olunub - YENİLƏNİB
-
18:40
Prezidentlər Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər
-
18:35
"İrəvan rəhbərliyi qəsdən əlaqələri pozmağa cəhd edir" - Rusiya XİN
-
18:30
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
-
18:20
"Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir" - İlham Əliyev
-
18:10
Liviyadakı daşqınlara görə səkkiz məmur həbs edildi
-
18:00
Məşhur modeldən ölən oğlu ilə bağlı PAYLAŞIM:“Mən həmişə səninləyəm”
-
17:50
Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edildi - VİDEO
-
17:40
"Bu, Türkiyə tərəfindən atılan qardaşlıq addımıdır" - İlham Əliyev
-
17:30
Prokuror müavini məşuqəsi üstündə davada öldü
-
17:20
"Paşinyanın bəyanatı rəddən başqa heç nəyə səbəb ola bilməz" - Rusiya XİN
-
17:10
Prezidentdən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşlə bağlı AÇIQLAMA
-
16:59
Ərdoğan antiterror əməliyyatından DANIŞDI
-
16:27
İlham Əliyev və Ərdoğanın təkbətək görüşü olub - YENİLƏNİB
-
16:01
Ərdoğan və Bayden ilk dəfə Ağ Evdə görüşəcək
-
15:40
Zəngəzura aparan yol: İğdır-Naxçıvan qaz kəməri reallaşdı
-
15:36
"iPhone 15" Bakıda - Satış qiymətləri AÇIQLANDI
-
15:30
Sonuncu erməni qrupu da Ağdərədən ÇIXDI
-
15:10
Bu içkilər dərin yuxuya getməyə kömək edir
-
15:04
Qarabağın erməniəsilli sakinləri Ermənistana maneəsiz şəkildə gedirlər - FOTOLAR
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Prezidentdən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşlə bağlı AÇIQLAMA
17:10 -
"Paşinyanın bəyanatı rəddən başqa heç nəyə səbəb ola bilməz" - Rusiya XİN
17:20 -
Prokuror müavini məşuqəsi üstündə davada öldü
17:30 -
"Bu, Türkiyə tərəfindən atılan qardaşlıq addımıdır" - İlham Əliyev
17:40 -
Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edildi - VİDEO
17:50
-
Bakıda sıxlıq olan yollar - SİYAHI
09:30 -
"Binə" və "Sədərək" ticarət mərkəzlərini su basdı
10:00 -
Bu gün Arzular günüdür - Nəyi, necə arzulamalı?
11:00 -
Külək güclənəcək, bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ
12:00 -
Ata və oğulun avtomobillərinin toqquşduğu qəza ilə bağlı DYP-dən AÇIQLAMA
13:00 -
Orqanizm üçün ən zərərli salat
14:00 -
Bakıda məktəbin kompüterləri oğurlandı
15:00 -
İlham Əliyev bu dövlət proqramını təsdiqlədi
17:10 -
Prezidentdən Vaqif Mustafayevlə bağlı SƏRƏNCAM
16:00 -
Qız üstündə DAVA: Ölənlər var
10:36