İstehlaka yararsız qida məhsulları məhv edilib
1-09-2022, 16:42
8 166

İstehlaka yararsız qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Aqro-Vest DC” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 10620 kq müxtəlif növ qida məhsullarını “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edib.
Bu barədə AQTA-dan məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

Oxşar xəbərlər