Elnarə ATV-də aparıcılığa başlayır
1-09-2022, 16:58
8 285

Elnarə ATV-də aparıcılığa başlayır

Müğənni Elnarə Xəlilova yeni mövsümdə aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq.
Axşam.az xəbər verir ki, sənətçi ATV telekanalı ilə işbirliyinə başlayıb. Xəlilova maqazin proqramına aparıcılıq edəcək. Hətta verilişinin adının "Onlar" olacağı iddia edilib. Proqram oktyabrdan efirə gedəcək.
Qeyd edək ki, bu, E.Xəlilovanın ilk aparıcılığı deyil. Bundan əvvəl də o, bir neçə dəfə veriliş aparıb.
Xatırladaq ki, ATV-də maqazin verilişlərini bundan əvvəl Afaq Gəncəli və Günay Firudinqızı aparıb. Daha sonra G.Firudinqızının "ATV maqazin"i yayımını dayandırdı. Afaq isə bir neçə il "Onlar"la efirə çıxdı. Ötən ildən isə Afaq fəaliyyətini Xəzər TV-də davam etdirir.

Oxşar xəbərlər