Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
3-09-2022, 10:43
17 831

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.
***09:50
Xəbər verdiyimiz kimi, Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hazırda məsələ nəzarətə götürülüb: 
"Araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
***09:35
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında videogörüntlər paylaşılıb.
Bildirilir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb. 
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Oxşar xəbərlər