“Location” klubdakı partlayışla bağlı məhkəmə oldu
6-09-2022, 11:38
2 015

“Location” klubdakı partlayışla bağlı məhkəmə oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə “Location” gecə klubunda baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib. 
Prosesdə şahidlər dindirilib.
Şahid Hüseyn Həmidov ifadəsi zamanı hadisə yerində “dj” olaraq fəaliyyət göstərdiyini bildirib. 
Prosesdə Rəsul Rəsulovun müdafiəçisinin “Rəsulu məkanın sahibi hesab edirsiniz mi?”, “İşçini işə kim götürürdü?” , “Rəsul oranın müdiri idimi?” suallarına hakim tərəfindən “ o bu sualları bilə bilməz” deyə etiraz edilib. 
Hakim şahidin ifadəsində ziddiyyət olduğunu qeyd edib. Belə ki, şahid ilk ifadəsində rəhbəri tanımadığını deyərkən, istintaq ifadəsində Elşən Səfərlini tanıdığını, onun kluba nəzarət etdiyini gördüyünü deyib.  
Dindirilən digər şahid Elşən Səfərov ifadəsində məkanı Rəsul Rəsulovun idarə etdiyini bildirib.
Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib. 
Qeyd edək ki, hadisə bu il aprelin 3-də Səbail rayonu ərazisində "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində ümumilikdə dörd nəfər ölüb və 34 nəfər yaralanıb. 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.
İstintaq zamanı məkanın mətbəxində qeyri-qanuni olaraq mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edildiyi müəyyən edilib.

Oxşar xəbərlər