Son 7 ildə Azərbaycanda kişilərin və qadınların boyu və çəkisi... – Rəsmi statistika
6-09-2022, 21:40
8 974

Son 7 ildə Azərbaycanda kişilərin və qadınların boyu və çəkisi... – Rəsmi statistika

Son 7 il ərzində Azərbaycanda kişilərin orta çəkisi dəyişməz qalıb, qadınıarın çəkisi isə 100 qram artıb.
Açıqlanan rəsmi məlumatlar bildirir ki, 2015-ci ildə Azərbaycanda kişilərin orta çəkisi 72,1 kq, qadınların orta çəkisi isə 65,1 kq olub. Ümumiyyətlə son 7 ildə kişilərin çəikisi ən yüksək səviyyəyə 2018-19-cu illərdə çatıb. Həmin illərdə kişilərin orta çəkisi 75,4 kq olub. Qadınların çəkisi isə ən yüksək səviyyəyə 2019-cu ildə çatıb – 65,6 kq. Nəticədə son 2 ildə həm kişilərin, həm də qadınların orta çəkisi 400 qram azalıb. Ötən il Azərbaycanda kişilərin 3,3%-i, qadınların isə 4,7%-i artıq çəkiyə sahib olublar. Son 2 ildə artıq çəkisi olan kişilərin və qadınların da sayında azalma olub.
Son 7 ildə kişilərin boyu 1 sm, qadınların boyu isə 2 sm azalıb. 2 il əvvəl ilə müqayisədə isə kişilərin boyu 3 sm aşağı düşüb.  Ötən il Azərbaycanda kişilərin orta boyu 171,1 sm, qadınların orta boyu isə 163,6 sm olub.

Oxşar xəbərlər