Şəhid övladı tələbə oldu - Foto
6-09-2022, 16:46
7 100

Şəhid övladı tələbə oldu - Foto

Bu il ali məktəblərə qəbul olan məzunlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin övladları da var.
Bunlardan biri də Mingəçevir şəhidi Rahim Tağıyevin oğlu Nihad Tağıyevdir.
Nihad Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub.
Qeyd edək ki, tank komandiri gizir Rahim Tağıyev 10 noyabr 1979-cu ildə Şəki şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilib. Xidməti zamanı tank komandiri vəzifəsinədək yüksəlib. Xidmətdə fərqləndiyinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlar alıb. 2016-cı ilin aprel döyüşləri zamanı Talış kəndi uğrunda döyüşlərdə ağır yaralanıb. O, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 99 gün koma vəziyyətində qaldıqdan sonra şəhid olub. 2016-cı il iyul ayının 10-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

Oxşar xəbərlər