Bakıda 2 yaşlı uşaq bir il nəfəs borusunda sümük parçası ilə yaşayıb - FOTO
6-09-2022, 16:51
7 094

Bakıda 2 yaşlı uşaq bir il nəfəs borusunda sümük parçası ilə yaşayıb - FOTO

İki yaşlı uşaq 1 il nəfəs borusunda sümük parçası ilə yaşayıb.
Bu barədə körpəni əməliyyat edən uşaq cərrahı Fuad Hüseynov bildirib.
"Artıq çətinliklə nəfəs alırdı, xırıltı uzaqdan eşidilirdi. Uşağın 1 yaşı olanda balıq yediyini deyirlər və ondan sonra qızdırma öskürək, xırıltı başlayıb. Aparılan bütün müalicələrə baxmayaraq xırıltı, öskürək getdikcə artırdı və tez-tez temperaturu yüksəlirdi. Valideynləri vəziyyətinin getdikcə pisləşdiyini və vəziyyətinin ağırlığı ilə əlaqədar müraciət etdikləri klinikalarda qəbul etmədikləri üçün bizim klinikaya müraciət etdilər. Ciddi risk daşısa da uşağın rahat nəfəs alması üçün sümüyü nəfəs borusundan çıxarmaq məcburiyyətində idik. Bronxoskopiya işıqlı alətlə nəfəs borusuna girilərək çətinliklə olsa da sol ana bronxdan sümüyü problemsiz çıxartdıq", - deyə həkim bildirib.





Oxşar xəbərlər