Bakıda 8 bağçanın fəaliyyəti dayandırıldı
7-09-2022, 11:42
2 306

Bakıda 8 bağçanın fəaliyyəti dayandırıldı

"Son bir ayda Bakıda 5122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib".
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub:
"Onların tərbiyəsi ilə 4299 müəllim məşğul olur. İdarənin tabeliyinə 348 bağça keçib ki, onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb".

Oxşar xəbərlər