Ağalıya növbəti köç karvanı yola salınıb - FOTOLAR
7-09-2022, 14:21
7 644

Ağalıya növbəti köç karvanı yola salınıb - FOTOLAR

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi başlayıb. Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən sayca beşinci köç karvanı yola salınıb. 
Otuz ildən sonra doğma yurda qayıdan məcburi köçkünlər bu xoşbəxt anı yaşadıqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onlara hər zaman xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər. Onlar deyiblər ki, yüksək yaşayış standartları ilə təchiz edilmiş Ağalıda yeni həyata başlamaqla yanaşı, kəndin inkişafına da öz töhfələrini verməyə çalışacaqlar.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 12 ailə - 63 nəfər daimi yaşayış üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalıya yola düşüb. 
Xatırladaq ki, birinci mərhələdə 41 ailənin – 201 nəfərin ən müasir infrastrukturla təchiz olunmuş kəndə köçürülməsi təmin edilib. Hər biri ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.
 
  • Ağalıya növbəti köç karvanı yola salınıb - FOTOLAR

Oxşar xəbərlər