Tanınmış cütlük ayrılıb? - “Mən bunu gizlədirdim axı...“
8-09-2022, 11:30
2 215

Tanınmış cütlük ayrılıb? - “Mən bunu gizlədirdim axı...“

Uzun müddətdir məşhur cütlük Ülviyyə Xəlilbəyova və Murad İsmayılovun ayrılıq xəbərləri yayılıb. 
Yenisabah.az xəbər verir ki, buna səbəb onların əvvəl birlikdə tez-tez paylaşım etməsi, son vaxtlar isə bunu dayandırması olub. Hətta cütlük bir neçə gün əvvəl bir-birini “İnstagram”da izləmədən də çıxarıb. 
Ülviyyə Xəlilbəyli izləyicilərinin ona bu haqda ünvanladığı suallara kinayəli cavablar verib:
- Bəlkə də gündəmdə olmaq üçün həyat yoldaşınızla belə oyunlar qurursunuz?
- Mən bunu gizlədirdim axı… Necə bildiniz?
- Atmacalı statuslar yazırsınız, izləyiciləriniz də bezir, hərənin dərdi özünə bəsdir...
- Sizin səhifənizdə paylaşdığımı unutmuşdum, üzr istəyirəm.
- Ailənizin dağılması haqda niyə açıqlama vermirsiniz? Onsuz da üzə çıxacaq
- Sən də “start”da dayanmısan? İcazə verirəm, yaxınlaşa bilərsən. Gözü dolusu görəsən.
- Yoldaşınızla problemləriniz var, bəllidir, izləyiciləriniz də artıq bezib.
- Mənim problemim varsa, siz niyə bezmisiniz? Hər cür adam var...

Oxşar xəbərlər