13 yaşlı ana məktəblidir - RƏSMİ
8-09-2022, 12:46
8 342

13 yaşlı ana məktəblidir - RƏSMİ

3 yaşında ana olması ilə ölkə gündəmini silkələyən qız məktəblidir. 
Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib.
Rəsmi məlumatda hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı, 13 yaşlı ana haqda detalların açıqlanmasının işin gedişinə, eləcə də onun gələcək həyatına mənfi təsir edə biləcəyi nəzərə alınaraq, əlavə şərh verilməyib.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda 13 yaşlı qız ana olub. Təcavüzə məruz qaldığını deyən məktəbli qızın anası övladından və onun körpəsindən imtina edib.

Oxşar xəbərlər