Bu il 42 500 nəfərə əlillik təyin olunub
10-09-2022, 19:43
18 983

Bu il 42 500 nəfərə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust ayları ərzində 42,5 min şəxsə əlillik təyin edilib.
Bu barədə nazirlikdən verilən məlumata görə, onlardan 13,6 mininə ilkin, 28,9 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Son 8 ayda həmçinin Agentliyin reabilitasiya müəssisələrində 29,3 min şəxsə reabilitasiya xidməti göstərilib, 9,4 min şəxsə 42,1 min reabilitasiya vasitəsi verilib.

Oxşar xəbərlər