Bakı Tikiş Evinin qarşısında gərgin vəziyyət – Video
12-09-2022, 10:32
2 435

Bakı Tikiş Evinin qarşısında gərgin vəziyyət – Video

Yeni dərs ilinə hazırlaşan valideynlər bu gün, Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaradıblar. 
Onlar məktəbli forması almaqda çətinlik çəkdiklərini deyiblər.  
Buna səbəb Nazirlər Kabinetinin məktəbli formalarının tətbiq edilməsi ilə bağlı qərarıdır. Belə ki, bu ilin martın 17-də Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” qərar imzalayıb. 
Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim formasının nümunəsi təklif olunub. 
Bu işin icrası ilə yalnız Bakı Tikiş Evi məşğul olur. Bu da Bakı Tikiş Evinin önündə sıxlığa səbəb olub.


Oxşar xəbərlər