AZAL-a yeni mətbuat katibi təyin edildi
12-09-2022, 12:35
8 258

AZAL-a yeni mətbuat katibi təyin edildi

"Azərbaycan Hava Yolları" QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyinat olub.
Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Bu vəzifə Nərmin Xəlilovaya həvalə edilib.
Yeni mətbuat katibi bundan öncə AzTV və CBC telekanallarında çalışıb.
Qeyd edək ki, AZAL-ın İctimaiyyətlə əlaqələr xidmətinə Paşa Kəsəmənski rəhbərlik edir.

Oxşar xəbərlər